Ana Səhfə Gündəm

Yoxlama və həbslər sabiq gömrükçülərə çatacaqmı? – Məlikov və komandası…

Sharing is caring!

Uzun illər dövlətin milyonlarını öz malı kimi mənimsəyən məmurların, alət olan biznesmenlərin həbsinin şahidiyik. Onların korrupsiya əməli aidiyyatı dövlət qurumları tərəfindən ifşa edilir, araşdırmalar aparılır, vergi yoxlamaları həyata keçirilir, pullar geri ödənilir. 

Amma azərbaycanda elə şəxslər var ki, onların da fəaliyyəti araşdırılmalıdır, büdcəyə vurduqları ziyan geri qaytarılmalıdır. Hansı ki, indi belə adamlar ya hansısa kiçik vəzifələrdə gizlənib, ya  daha böyük postlar tutub, ya da da işindən çıxarılaraq qazandıqları milyonlarla istədikləri kimi yaşayır. Heç narahat görünmürlər də…

XəbərAl.az bildirir ki, qalmaqallı fəaliyyəti unudulan, gömrük sistemində “Kral” ləqəbi olan, milyonları su kimi qazanan “Trans-Broker” MMC, baş rolda olan Əbülfəz Məlikov və onun komandasının fəaliyyəti unudulubmu? Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi Vüsal Novruzov və komandası unudulubmu?

Hardadır Əbülfəz Məlikov?
Hardadır Bakının sabiq baş gömrükçüsü Vüsal Novruzov?

Əbülfəz Məlikovun nəzarətində olan “Trans-Broker” MMC-nin Azərbaycana, dövlət büdcəsinə ziyanı dəyibmi? Bu MMC-nin fəaliyyəti ilə bağlı araşdırmalar aparılıbmı? Yaxın adamı Anar Allahverdiyev Azərbaycana deyil, Amerikada gizli investisya qoyulması prosesində iştirak edirmi?

Bizim xəbər.az/

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir