Ana Səhfə Gündəm

“Saatlıda aksiya” – İcra başçısı gizlənir – Aksiya başlayıb – VİDEO

Sharing is caring!

 Bu gün bir qrup Saatlı rayon sakini İcra Hakimiyyətinin qarşısına toplaşaraq aksiya keçirib.

XəbərAl.az bildirir ki, sakinlər bəzi kəndlərdə 3 aya yaxındır suyun olmaması, pay torpaqlarının mənimsənilməsi, əlillik təyinatlarının ləğv edilməsi və digər məsələlərlə bağlı şikayət ediblər.

Şikayətçilər sözügedən problemlərə görə icra başçısı və onun müavininin heç kimi qəbul etmədiyini deyir. 

“İşsiz qalmışıq, heç yerdə iş yoxdur. Əvvəllər, sabiq deputat Əflatun Amaşov bizi qəbul edirdi, dinləyirdi. İndiki deputat Əziz Ələkbərov heç üzə çıxmır. 10 ildir ki, məşğulluq mərkəzinin üzvüyəm. Nə zaman gəlsən, deyirlər iş yoxdur. Millətin xeyrinə heç nə etmirlər. Bu insanlar nə ilə dolansın? Mən 1 hektar yer tapa bilmirəm ki, əkin işləri aparım ailəmi dolandırım. Xahiş edirik, bələdiyyələr yoxlanılsın. Oradakı torpaqları yalnız dövlət işçiləri istifadə edir”.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir