Ana Səhfə

“Deputatlara hər ay 50 min manat verilsin” – Partiya sədrindən SENSASİON TƏKLİF

Sharing is caring!

Ağ Partiyanın sədri Tural Abbaslı sensasion sayılacaq təkliflə çıxış edib.

Bu gün “Müsavat” TV-nin qonağı olan siyasətçi fikrini millət vəkillərinin xərclərinin çox olması ilə izah edib:

“Məlum olduğu kimi, Azərbaycanda parlament mojaritar seçki sistemi əsasında formalaşır. Bu isə o deməkdir ki, deputatlar müəyyən bir bölgəni, ərazini təmsil edirlər. Hər bir deputat seçildiyi dairədən xeyrə-şərə gedir, toyda-yasda iştirak edir. Bu isə müəyyən vəsait tələb edir. Buna görə də təklif edirəm ki, hər bir deputata dövlət büdcəsindən ayda 50 min manat əlavə vəsait ödənilsin”.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir