Ana Səhfə Araşdırma

Təhsil Naziri şamtutan deyən kollec direktorun niyə işdən kənarlaşdıra bilmədi?

Sharing is caring!

Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralova distant formada keçirilən imtahan zamanı,tələbələrdən birini xoşa gəlməz ifadə ilə təhqir edib. Həmin hadisənin yer aldığı video görüntü ilk olaraq XəbərAl.az saytında paylaşılıb və Məsələ ilə əlaqədar olaraq Təhsil Nazirliyində araşdırmalara başlanılıb.

Xəbəral.az-ın məlumatına görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralova distant formada keçirilən imtahan zamanı tələbələrdən birini xoşa gəlməz Şamtutan ifadə ilə təhqir edib.
XəbərAl.az saytı xəbər verirki, ökəmizdə koronavirus (Covid-19) pandemiyası səbəbiylə karantin rejim elan olunub. Bununla əlaqədar məktəb, uiversitetlər və hazırlıq kursları distant-online təhsil sisteminə keçib.

Noyabrın 2-dən başlayaraq ölkədə tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkilinə başlanılıb. Müəllimlər “Microsoft Teams”, “Zoom”, “Skype”, “Whatsapp” kimi proqramlardan istifadə etməklə dərs keçməyə çalışırlar. Lakin bu zaman bir sıra problemlər müşahidə edilir.
Daha sonra Nərmin Qaralova Kütləvi informasiya Vasitələrinə bu sözün təhqir olmadığını,Qədim Yunanıstanda filosoflar, pedoqoqlara, tələbələrə dərs keçən zaman məkanın işıqlandırılması üçün orada tələbələrdən biri şam yandırıb tuturmuş. Bu elektrik enerjisinin olmadığı bir zamanda, qədim Yunanıstanda bir ənənə olub. Bu prosesdə dərs keçirilən məkanın işıqlandırılması üçün əlində şam tutan tələbənin ən əsas etibarlı olması vacib olub, deyə kimi açıqlama verərək özünü daha da rüsvay etmişdir.
XəbərAl.az-ın araşdırması zamanı məlum olub ki, eyni zamanda valideyn-müəllim münasibətində də xüsusi bir aqressivləşmə yaranıb. Müəllim uşaqdan dərs soruşmursa, artıq onlar arasında gərginlik yaranır.

“Onlayn dərsdə müəllimin şagirdi təhqir etməsi, ümumiyyətlə, qəbul olunmaz bir haldır. Xatırlayırsızsa, bir müəllim uşağa “korsan?” demişdi. Hansı müəllimlər belə aqressivləşir? O müəllimlər ki, onlar ənənəvi təhsil sistemində fiziki cəzaya daha çox yer verdikləri üçün, uşaqları daha çox döyüb, əzib, təhqir edib, qorxutmaqla öyrətdikləri üçün bugünkü gündə onların nəticələri olduqca aşağı və nəinki şagird, müəllimin özü aşağı davranış sərgiləyir. Nəzərə alsaq ki, onlayn dərsə direktorlar, onların müavinləri nəzarət edir və müəllim onlayn dərsdə uşaqları təhqir edir, bu, bağışlanmaz hal kimi qəbul edilir. Müəllimlər onlayn dərs sisteminə yeni keçid etdikləri üçün problem elə buradan qaynaqlanır.
XəbərAl.az-ın məlumatına görə, bu gün sosial şəbəkələrdə bu cür anormal,gündəm hadisələrdən biri də Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralova online imtahan vaxtı, sinif nümayəndəsi azyaşlı qızı “şamtutan” deyə təhqir etməsi olub.
Paylaşılan video da açıq aşkar görünür ki, kollec drektoru online dərs zamanı küçə sözlərindən istifadə edir, şagirdi alçaldır.
Bəs siz övladınızı belə ağır təhqir olunan təhsil ocağına buraxarsınız?

Ümid varıq ki, XəbərAl.az saytının bu yazısından sonra Təhsil Nazirliyi sözügedən məktəbin direktoru haqqında nəinki, ciddi tədbir görməklə kifayətlənəcək, hətta onu işindən kənarlaşdıracaq.
Amma çox təəssüf ki, Kollec rəhbəri Nərmin Qaralova öz bağışlanmaz təqsirini etiraf etməkdənsə başqa saytlara junanistanvariantı açıqlamalar verərək özünü biabırçı duruma salaraq Təhsil Nazirliyinin imicinə ləkə vurur.
Təhsil Nazirliyi isə Nərmin Qaralovanı hələ də öz işində saxlayır.
Sözügedən videonu sizlərə təqdim edirik:


Qarşı tərəfi dinləyib mövqeyin dərc etməyə hazırıq.


XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir