Ana Səhfə Gündəm

Suraxanıda Əziz Əzizovdan sakinlərə “bruja münasibət” – VİDEO/FAKT

Sharing is caring!

Ölkəmizdə sosial əhəmiyyət kəsb edən məsələ və problemlərin həlli, bu gün də öz aktuallığını saxlamaqdadır.

Buna baxmayaraq istər paytaxt Bakı şəhərində, istərsə də ətraf şəhər və rayonlarda vəzifə sahibi olan bəzi şəxslərin günahı ucbatından, çox zaman isə həmin şəxslərin üzərinə düşən vəzifələrinin öhdəsindən gələ bilməmələri səbəbindən və s. ayrı-ayrı ərazilərdə sosial problemlər baş qaldırır ki, bu da sakinlərin haqlı narazılığı ilə nəticələnir. Hətta elə hallar da olur ki, sosial problemlərin “aşıb-daşması” sakinləri daha qətiyyətli addımlar atmağa sövq edir.

Bu da onu söyləməyə əsas verir ki, mövcud problemlərin həllinə məsul olan şəxslər, bir növ ölkə rəhbərinin vermiş olduğu tapşırıqlara məhəl qoymurlar və məqsədli şəkildə geniş ictimaiyyətlə dövlət qurumları arasında “uçurum yaradırlar”.

Son vaxtlar belə bir problemlər daha çox Bakı şəhərinin Suraxanı rayonu ərazisində yaşanır ki, bu da icra başçısı Əziz Əzizovu fəaliyyətsizlikdə ittiham etməyə kifayət qədər əsaslar verir. Məsələn, bir neçə gün bundan öncə əməkdaşımızın həyata keçirdiyi çəkilişdən də bəlli olur ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsi və bu qəsəbənin digər mərkəzi hissələri də daxil olmaqla, qeyd olunan ərazilərdə kanalizasiya suyu aşıb-daşmaqda davam edir. Bu yöndə həyata keçirilən çəkiliş zamanı sakinlər dilə gələrək “Altı aydır ki, biabırçı vəziyyətdəyik. Bir tərəfdə koronovirus (COVİD-19 infeksiyası tüğtyan edir, digər tərəfdə isə kanalizasiya suyunun iy-qoxuna dözə bilmirik.

Dəfələrlə rayonun Sukanal idarəsinin rəhbərliyinə, RİH-nin rəsmi şəxslərinə şifahi və yazılı müraciətlərimizi çatdırsaq da, bir kimsə bizə əhəmiyyyət vermir. Belə bir səbəbdən də, küçəboyu ərazilərdə kanalizasiya suyundan kiçik gölməçələr əmələ gəlir.

Bu həm infeksiyanın geniş yayılmasına, həm də mənşəyi bilinməyən xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Əvvəllər belə bir problem yox idi, elə ki, rəsmi vəzifə sahibi olanlar iş adamlarına razılıq verib yaxınlıqdakı tikintinin inşa olunmasına imkan yaratdılar, həmin vaxtlardan da bu ərazilərdə kanalizasiya problemi baş qaldırdı.

Çünki, tikintidən atılan tör-töküntülər kanalizasiya boru xətlərinə töküldü, axan çirkli suların qarşısı alındı, sonda da belə bir problem əmələ gəldi. Təəccüblü hal odur ki, etdiyimiz müraciətlərdən sonra kanalizasiya idarəsinin işçiləri problemi aradan qaldırmaq üçün gəlib bir az işləyirlər, qismən də olsa kanalizasiya suyu çəkilir, iki-üç gün keçdikdən sonra isə, problem yenidən əmələ gəlir. Yəni, biz bu məsələni dəfələrlə qabartmışıq, icra başçısı Əziz Əzizovu dəfələrlə məlumatlandırmışıq, çox təəssüf ki, belə bir problem həllini tapmır ki, tapmır.

Düşündürücü haldır ki, ölkə rəhbəri hər bir şəxsi hansı quruma rəhbər təyin edirsə, həmin şəxsə müvafiq tapşırıqlarını verir, ələxüsus sakinlərə məxsus problemlərin aradan qaldırılmasını diqqətdə saxlamalarını bildirir. O halda sual oluna bilər ki, görəsən Suraxanı RİH-nin başçısı cənab Əziz Əzizovun belə bir tapşırıqları qulaqardına vurmasının kökündə nələr durur?

Bəlkə, cənab Prezident onu bu rayona icra başçısı təyin edərkən belə bir tapşırığını verməyib? Əgər veribsə, o halda səbəb nədir ki, icra başçısı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsinin sakinlərinə “Lenin brujaziyaya baxan kimi baxır?”. Yəni, çoxsaylı sakinlərin haqlı narazılıqlarına əhəmiyyət vermir.

Baş verənləri təhlil edib belə bir qənaətə gəlmək olar ki, Əziz Əzizov və onun komandasının fəaliyyətsiz olmaları səbəbindən, bu gün Suraxanı sakinlərini olmazın dərdə düşüblər. Əgər bu belə deyilsə, o halda altı ay ərzində aşıb-daşan kanalizasiya suyunun “dərdinə əlac” edərdilər.

Problemin varlığını diqqətdə saxlayacağıq.




Xeberfakt.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir