Ana Səhfə

Bakcell və INNOLAND Azərbaycanın ilk blokçeyn hackathon yarışmasını keçirib

Sharing is caring!

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti, İNNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi və “Waves” Platforması Bakıda ilk dəfə olaraq “Blokçeyn inteqrasiyası üzrə hackathon” yarışması keçirib.

XəbərAl.az bildirir ki, Blokçeyn sahəsində Azərbaycanda ilk dəfə keçirilmiş hackathon sayəsində yerli startap və developerlər bu texnologiyadan öz layihələrində daha geniş istifadənin yollarını öyrəniblər. Yarış iştirakçıları blokçeyn ilə token əməliyyatları üzrə mərkəzləşdirilməmiş qlobal platforma olan “Waves” Platformasından istifadə edərək müxtəlif tapşırıqları yerinə yetiriblər.

Qeyd edək ki tədbirdə iştirak etmək üçün müraciət etmiş 52 nəfər arasından seçilmiş 4 komanda (ümumilikdə 13 iştirakçı) yarışıb. “MadBots” və “OfficeGuys” komandaları bütün tapşırıqları uğurla yerinə yetirərək qalib elan ediliblər.

Yarışmanın ümumi hədiyyə fondu (500 Waves tokeni) iki qalib komanda arasında bölünüb. Həmçinin, qaliblər “Waves” şirkətindən qrant almaq üçün müraciət etmək imkanını qazanıblar.

Hachathon yarışmasının sonunda “Waves” Platformasının baş əməliyyat direktoru Dmitriy Suxamerov iştirakçılarla görüş keçirib və öz tövsiyələrini bildirib. O deyib ki, qalib komandalar öz fəaliyyətlərini uğurla davam etdirərlərsə, “Waves” gələcəkdə onlara texnologiya və marketinq sahələrində dəstək göstərə bilər.

Xatırladaq ki, keçən ilin sonunda Bakcell şirkəti ilə İNNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Bu tərəfdaşlıq Azərbaycanda startap mədəniyyətinin formalaşdırılması, bu hərəkatın geniş vüsət alması, innovativ təşəbbüskarlıq ruhunun və startap ekosisteminin inkişaf etdirilməsi, mövcud startapların dəstəklənməsi, ölkəmizdə innovativ təşəbbüslərin mövcud iqtisadi proseslərə tətbiqinə şəraitin yaradılması, müxtəlif kəşf və ixtiraların işlənib-hazırlanmasına dəstək və innovasiyaların inkişafına əsaslanan digər tədbirlərin görülməsi istiqamətində böyük əhəmiyyət kəsb edir.

İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan Bakcell şirkəti daim yerli startapların inkişafı, təhsil, elm və texnologiya sahəsində həyata keçirilən layihələrə öz dəstəyini əsirgəmir.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir