Ana Səhfə

Nəsrinə 38 il iş və 148 şallaq cəzası verildi

Sharing is caring!

İran məhkəməsi  insan haqları üzrə məşhur vəkil Nəsrin Sotudeni 38 il müddətinə azadlıqdan məhrum edib, eləcə də 148 şallaq cəzası təyin edib.

XəbərAl.az -ın  “The Guardian” nəşrinə istinadən xəbərinə görə, bu barədə 55 yaşlı Sotudenin həyat yoldaşı Reza Xandan məlumat verib.

N. Sotude İranın milli təhlükəsizliyinə qarşı fəaliyyətdə və ali dini lideri Əli Xameneyini təhqir etməkdə ittiham olunur.

Xatırladaq ki, Sotude İran müxalifətinin və hicabdan imtina edən qadınların hüquqlarını müdafiə etməklə məşhurlaşıb. O, ötən ilin iyununda İranın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir