Ana Səhfə

“Lənkəranski”nin ən yaxın adamı narkotikdən öldü

Sharing is caring!

Məşhur “qanuni oğru”, “Cemo Tbilliskiy” ləqəbli, gürcü əsilli Cemal Mikeladze fevralın 28-də İtaliyada vəfat edib.

 

XəbərAl.az -ın  “Praym Kraym” saytına istinadən xəbərinə görə, 43 yaşlı “vor-zakon” yüksək miqdarda kokain qəbulundan ölüb.

Məlumata görə, “Cemo” kimi atası, “Arsen” ləqəbli Cemal Mikeladze də kriminal avtoritet olub. O, 1993-cü ildə öldürülüb. “Cemo”nun qardaşı Mamuka isə iki ay öncə Moskvada qətlə yetirilib.

“Cemo” kriminal aləmdə azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) ən yaxın adamlarından biri kimi tanınırdı.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir