Ana Səhfə

Sabirabad rayon Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə dövlət xidmətində Bayrağımız zibilə büküldü….FOTOFAKT

Sharing is caring!

Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə dövlət xidmətinin Sabirabad şöbəsində qeyri anormal hadisə baş verib.

 

XəbərAl.az xəbər verir ki, Sabirabad rayonu Qəzli kənd sakini Orxan Süleymanov adlı vətəndaş öz Facebook səhvəsində dövlət bayrağını zibil bükülmüş şəkilində paylaşaraq həmin mənzərə ilə Sabirabad rayon Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə dövlət xidmətində qarşılaşdığını qeyd etmişdir.

Orxan Süleymanov bildirib ki,  Qonşumu hərbi xidmətə yola salmaq üçün Sabirabad rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə dövlət xidmətinə  getmişdim.Bura da gördüyüm mənzərə diqqətimi cəlb etdi və dərhal telefonumla çəkib paylaşdım.

 

Doğurdanda  əgər, bu foto həqiqəti kəsb edirsə ən böyük cinayətdir! Bayraq dövlətin atriburtlarındandır, namusudur, qeyrətidir. Azərbaycan hər zaman öz müstəqilliyi və bayrağı uğurunda düzgün mübarizə aparıb,hətta vuruşur da.

Neçə-neçə torpağımız,bayrağımız uğurunda vuruşan oğullarımız qəhrəmancasına şəhid olub. Bundan sonra da üç rəngli bayrağımız uğurunda vuruşmağa daima hazır olan bir Müstəqil dövlətik.

İnanırıq ki,əgər bu əcayib bir mənzərə həqiqətən də Orxan Süleymanovun paylaşdığı kimi öz əksini taparsa, SHÇDX-nin rəisi General Arzu Rəhimov və aidiyyatı qurumlar xidmətin Sabirabad şöbəsi ilə bağlı lazımı ölçülərini götürəcəklər.Ən azı bayraq bizim and yerimiz var və hərbi xidmətə gedən əsgərlərimiz bu bayrağın altından and içib gedirlər.
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir