Ana Səhfə

Castinin arvadı: “Gənc evlənmək qorxuludur”

Sharing is caring!

Pop ulduz Castin Biberlə ötən il evlənən model Heyli Bolduin evliliyi və həyat yoldaşından danışıb.

XəbərAl.az  xəbər verir ki, 22 yaşlı model “Gənc evlənmək çox qorxuducudur. İllərdir aşiq olduğum insanla birlikdəyəm. Ən gözəl tərəfi də budur. Castin ən yaxşı dostumdur. İndi sonsuzadək birlikdə bir həyat qururuq” deyə, bildirir.

 

Sonsuzluq sözünü evləndikdən sonra başa düşdüyünü deyən Heyli “Əvvəllər ciddi bir münasibətim olmamışdı. Həmişə azad qadın idim. Buna görə də, evlilik mənə maraqlı və fərqli gəlir. Məsuliyyətlərimiz artır” deyə, söyləyir.

Qeyd edək ki, “People” dərgisi ötən günlərdə Castin Biberin depressiyada olduğunu və Heyli ilə olan evliliyi sayəsində sağaldığını bildirmişdi.

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir