Ana Səhfə

Bu gün Ümumdünya Radio Günü qeyd edilir

Sharing is caring!

Bu gün  Ümumdünya Radio Günü qeyd edilir.

Bu tarix 1946-cı il fevralın 13-də “BMT radiosu”nun ilk dəfə efirə çıxması ilə əlaqədar seçilib.

XəbərAl.az  xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə birlikdə 74 illiyini qeyd edən  “BMT radiosu” hər il 1200-dən çox sənədli, informasiya və redaksiya materialının simsiz yayımını həyata keçirir. Ümumdünya Radio Gününün bayram edilməsi radionun dünyada yaşayan 1,8 milyard gənc qadın və kişilər üçün əhəmiyyətinə həsr olunub.

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) məlumatına görə, dünya ölkələrində ailələrin 75 faizdən çoxu ən azı bir radioqəbulediciyə malikdir. Zaman ötdükcə daha çox insan genişzolaqlı internet vasitəsilə radiodan informasiya və kommunikasiya mənbəyi kimi istifadə edir.

Təşkilat nümayəndələri qeyd edirlər ki, BTİ radio verilişlərindən istifadəni genişləndirməyə çalışır və rəqəmli radio platformaları üçün standartları inkişaf etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir