Ana Səhfə

Ekspertdən KƏSKİN SÖZLƏR: “Onlar erməni xüsusi xidmət orqanlarına…”

Sharing is caring!

Ümumiyyətlə, etnik bölücülüklə məşğul olan insanlar sağlam insanlar olmur. Yəni, hansısa bir kəsim məhz etnik əsaslara dayanaraq özünü cəmiyyətdən ayrı tutursa, artıq bunlar sağlam düşüncəli insanlar sayıla bilməz. Azərbaycanda da özlərini talış milli azlığına mənsub elan edib bölücülüklə məşğul olan qüvvələr var. Zamanında ulu öndər Heydər Əliyev bu qüvvələrə öz yerlərini göstərmişdi.

XəbərAl.az xəbər verir ki, bunu Teleqraf.com-a tanınmış jurnalist Azər Həsrət deyib.

O qeyd edib ki, qondarma “Talış-Muğan Respublikası”nın “başçısı” Ələkrəm Hümmətovun timsalında dövlət onlara qarşı kifayət qədər kəskin addımlar atmış və o bölücülüyün qarşısını almışdı:

“İşin maraqlı tərəfi də ondan ibarətdir ki, özlərini talış xalqının nümayəndələri, təmsilçiləri elan etmiş bu Ələkrəm və onun dəstəsi məhz talışlar tərəfindən sıxışdırılaraq, silahı yerə qoymağa məcbur edilmişdi. Biz xatırlayırıq ki, 1990-cı illərdə bu proseslər gedəndə talışlar özləri ayağa qalxaraq Ələkrəm Hümmətov və onun kimi ünsürlərə yerini göstərməkdə Azərbaycan dövlətinə yardımçı olmuşdular. İndi bu adamlar Azərbaycandan kənara çıxıblar, xaricdə sığınacaq alıblar. Özü də Azərbaycan dövlətinin lütfü sayəsində xaricə gedə biliblər. Orda da qondarma bir mühacir hökumət qurublar və faktiki olaraq, Azərbaycandan min bir haramzadalığa görə qaçmağa məcbur olan adamları da başlarına yığıb “nazir” elan ediblər”.

A.Həsrət bildirib ki, Azərbaycandakı talışlar, bütövlekdə cəmiyyət həmin adamlara öz yerini göstərəcək: “Bu adamlar heç bir vəchlə Azərbaycan xalqlarının birliyi və bərabərliyini poza bilməyəcəklər. Azərbaycanda yaşayan xalqlar heç vaxt bu bölücülərin arxasınca getməyib, bundan sonra da getməyəcək”.

Müsahibimiz qeyd edib ki, həmin adamlar sadəcə olaraq, özlərini erməni xüsusi xidmət orqanlarına satıblar:

“Sadəcə olaraq mövcudluqlarını təmin etmək üçün son olaraq bu yola əl atıblar. Guya hansısa hökumət qurur, yaxud nəsə edirlər. Amma qeyd etdiyim kimi, Azərbaycan xalqı onların bu bölücülüyünə heç bir vəchlə yol verən deyil. Hələ mən onu məxsusi vurğulamaq istəyirəm ki, Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarda xüsusi şücaətləri ilə seçilən talış qardaşlarımız o adamlara öz yerlərini əvvəl də göstərib, bundan sonra da göstərəcək. Bizi heç kim bölə bilməyəcək. Ələkrəm Hümmətov kimilər sadəcə olaraq bu xalqın içindən atılmış insanlardır. Onlar bir daha qayıdıb Azərbaycanda nəyəsə iddia edə bilməzlər”.

Qeyd edək ki, xaricdə qondarma və saxta “TMMH” (Talış-Muğan Mühacir Hökuməti) yaradılıb. Sirr deyil ki, “TMMH” Ermənistan xüsusi xidmət orqanları tərəfindən idarə olunur. Özünü “TMMH”nin “baş nazir”i elan edən Şahin Mirzəyev iki il öncə – 2017-ci ilin fevralında Azərbaycanda milli azlıqlarla qeyri-insani davranıldığını iddia edərək, Ermənistana sığınan birisidir. O, hazırda Azərbaycan əleyhinə Ermənistanda aktiv iş aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir