Ana Səhfə

Qəbul imtahanlarının VAXTI AÇIQLANDI

Sharing is caring!

Ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, I və IV ixtisas qrupları üzrə isə mayın 19-da keçiriləcək.
XəbərAl.az xəbər verir ki,Dövlət İmtahan Mərkəzindən BakuPost-a verilən məlumata görə, ikinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyunun 30-da, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçiriləcək.
I-V ixtisas qrupları və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin ərizələrinin qəbulu martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılacaq.
Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi 3, 10 və 17 mart , ikinci mərhələsi isə 2, 9 və 16 iyun tarixlərində keçiriləcək.
Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının birinci mərhələsi 31 mart, ikinci mərhələsi isə 23 iyunda keçiriləcəkdir. Ərizə qəbulu fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılacaq.
XI siniflər üzrə buraxılış imtahanları 7, 14 və 21 aprel tarixlərində təşkil olunacaq. Əvvəlki illərin məzunları üçün I-IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, eləcə də V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı aprelin 28-də keçiriləcək.
Əvvəlcədən elan olunduğu kimi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da, rezidenturaya qəbulun birinci mərhələsi aprelin 7-də, ikinci mərhələsi isə iyulun 14-də keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir