Ana Səhfə

Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub

Sharing is caring!

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycanda ilk dəfə təşkil olunan “Milli KSM Mükafatı 2018″ mükafatına layiq görülüb.

XəbərAl.az xəbər verir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Asan Xidmət və Milli Məclis üzvləri, bır sıra qeyri-hökumət və özəl təşkilatların təmsil olunduğu Münsiflər Heyəti Bakcell şirkətini “Gənc sahibkarlara dəstək üzrə ilin layihəsi” nominasiyasında mükafatlandırıb.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası, Azərbaycan Gənclər Fondu və Proaktiv şirkətinin Bakı Konqres Mərkəzində təşkil etdiyi mükafatlandırma mərasimində 2018-ci il ərzində həyata keçirilmiş uğurlu KSM layihələrinin seçilməsi üçün baş tutmuş müsabiqə, uğurlu KSM layihələri və Azərbaycanda bu sahənin inkişafı haqqında danışılıb.

“”Gənc sahibkarlara dəstək üzrə ilin layihəsi” nominasiyası üzrə mükafata layiq görülmüş “Öz biznesinə başla və təkmilləşdir” layihəsi “Bakcell”in əz uzunmüddətli tərəfdaşlarından biri olan “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq məqsədilə icra olunur. Layihədə iştirak edən gənclər “Bakcell”in maliyyə dəstəyilə öz kiçik bizneslərini qurublar. Biz 2019-cu ildə də növbəti eyniadlı layihəni həyata keçirəcək və daha çox gəncə dəstək olacağıq”, deyə Bakcell şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.

“Bu il 10 yaşını qeyd edəcəyimiz “Bakcell Stars” KSM proqramı ölkənin ən geniş-miqyaslı korporativ sosial məsuliyyət proqramlarından biridir. Proqramın əsas məqsədi xüsusi qayğiya ehtiyacı olan uşaqlar və gənclər üçün bərabər hüquq və imkanların yaradılması və onların cəmiyyətə inteqrasiyasının dəstəkləməsi ilə yanaşı ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqların və valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərin təhsili, bacarıqlarının artırılması, gələcəkdə iş qura bilmə qabiliyyətlərinin təmin edilməsi və sosial rifahının yaxşılaşdırılmasıdır. Bakcell şirkətinin bu istiqamətdə uğurlu fəaliyyəti davamlı xarakter daşıyır və biz çox şadıq ki, uşaq və gənclərə göstərdiyimiz dəstək öz bəhrəsini verir”, deyə Süheylə Cəfərova əlavə edib.

Xatırladaq ki, Bakcell 2009-cu ildən etibarən “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir. Həmçinin, 2010-cu ildən bəri “Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə həyata keçirilən “İncəsənət vasitəsilə ünsiyyət” layihəsi və digər iri sosial layihələr vasitəsilə Bakcell şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmaları üçün əlindən gələni edir.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir