Ana Səhfə

Praqmatik xarici siyasət xadimi

Sharing is caring!

Müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara imza atması, sürətli iqtisadi inkişaf tempi ilə dünyada lider mövqelərini qoruyub saxlaması məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış mükəmməl mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

İlham Əliyevin xarici siyasəti müdriklik, qətiyyət, cəsarət və milli maraqlara sədaqət nümunəsidir. Ötən illər ərzində aparılan uzaqgörən xarici siyasət potensialı çox çətin sınaqlardan çıxdı. Ölkəmizin başçısı dahi dövlət xadimi Heydər Əliyevin dərindən-dərinə ölçüb-biçərək uzun müddət üçün hazırladığı və alternativi olmayan xarici siyasət strategiyasını zərgər dəqiqliyi ilə həyata keçirdi. Ağır çətinliklərlə qarşılaşdı, lakin yolundan dönmədi və qələbə çaldı. Bəzi dövlətlər Heydər Əliyevdən sonra Azərbaycanı asılı vəziyyətə salmaq üçün cəhdlər göstərsələr də, İlham Əliyevin qətiyyətli, prinsipial və cəsarətli gedişləri nəticəsində geri çəkilməyə məcbur oldula, Azərbaycanı tutduğu yoldan döndərə bilmədilər. Müstəqil Azərbaycan Respublikası heç bir dövlətin forpostuna çevrilmədi!

Ölkə başçısı İlham Əliyevin xarici siyasət sahəsindəki uğurlarının əsas səbəbi budur ki, o, müasir dünyada gedən siyasi və iqtisadi proseslərə dərindən bələddir, qloballaşma və inteqrasiya nəticəsində dünya meydanında baş verə biləcək bütün dəyişiklikləri qabaqcadan görür və Azərbaycanı bu dəyişiklikləri qarşılamaq üçün hazırlaya bilir. Fikrimizcə, Azərbaycan xalqının böyük xoşbəxtliyidir ki, onun Prezidenti bugünkü sürətlə dəyişən, dinamik dünyanın nəbzini əlində uğurla saxlaya bilir, müasir, çevik və cəsarətli dövlət xadimi kimi beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən öz Vətəninin və xalqının xeyrinə məharətlə istifadə etməyi bacarır.

      Möhtərəm Prezident, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan öz dövlətçiliyinin möhkəmlənməsində, beynəlxalq arenada nüfuzunun artmasında və xalqın rifahının yaxşılaşdırılmasında əhəmiyyətli uğurlar qazanıb. Doğum gününüzlə bağlı xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti arzulayıram. Qoy Sizin sayənizdə 2023-cü il ölkəmizin, xalqınızın rifahı naminə nəzərdə tutulmuş planların həyata keçirilməsi üçün daha məhsuldar və uğurlu il olsun!

Nicat Qürbətov,

Cəlilabad rayonu, Suluçeşmə kənd

 ümumi orta məktəbin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir