Ana Səhfə

“Bu savaş bölgəni darmadağın edəcək” – Moskvadan şok xəbərdarlıq

“İrana hərbi müdaxilə bölgədə dağıntılara yol açacaq”.

XeberAl.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova deyib.

“İrana yönəlik hərbi müdaxilənin hansı nəticələrə yol açacağını ən savadsız insanlar da bilir. Hesab edirəm ki, İrana hücum kimi ssenarilərin həyata keçirilməsi, bölgənin dağılmasına səbəb olacaq”, – Zaxarova vurğulayıb.

XİN rəsmisi dünya ictimaiyyətinin Qərbi Asiyada baş verən gərginliyə biganə olduğunu və bunun narahatlıq yaratdığını bildirib.