Ana Səhfə

Bakıda mağazada satıcını küt alətlə döyüblər

Binəqədi rayonunda marketdə döyülmə hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Dərnəgül şosesində yerləşən marketlərin birində baş verib.

1975-ci il təvəllüdlü Həmzəyev Malik Samir oğlu satıcı işlədiyi marketdə naməlum şəxslə dava edib. O, küt alətlə (beysball çubuğu) döyülüb. Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində araşdırma aparılır.