Ana Səhfə

Bakıda sürücü yeniyetməni avtomobillə vuraraq qaçıb

Bakının Xəzər rayonunda 14 yaşlı yeniyetməni avtomobil vurub.

APA xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində baş verib. “Mercedes” markalı minik avtomobili piyada, 2005-ci il təvəllüdlü Novruzov Ağaismayıl Əli oğlunu vurub. Sürücü qəzadan sonra hadisə yerindən yayınıb.

Yaralı dərhal ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Ona bədənin çoxsaylı sıyrılmış-əzilmiş yaraları, bədənin küt travması diaqnozu qoyulub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir