Ana Səhfə Hadisə

“Şəhid anası küçəyə atıldı”-Qaçqınkom və Füzuli icra hakimiyyəti məsuliyyəti bir-birinin üstünə atır-Video

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Qaçqınkomun əhalini yerləşdirilməsi ilə bağlı zaman-zaman narazılıqlar dilə gətirilib. Qaçqınkom düşünür ki, Ordumuz 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad elədi və… qaçqın və məcburi köçkün problemi bitdi.


Əsla, belə deyil. Bu problem hələ uzun illər davam edəcək. Ona görə də, bu problemləri həmişə ictimailəşdirməli və həllinə nail olmalıyıq.
Çünki hələ çoxları qaçqın və məcburi köçkün məsələsindən milyonlar qazanmaq, villa, mülk sahibi olmaq, ofşor zonalara milyonlar köçürmək və daha nələr, onlar hələ hansı xülyalar içərisindədir.
Nə qədər acı olsa da etiraf etməliyik ki, yerindən-yurdundan didərgin düşən, evini-eşiyini itirən, övladları şəhid olan məcburi köçkünlərin hesabına kimlərsə milyonçu oldu. Yəni xalqın faciəsindən kimlərsə qazandı. Və bu gün də bu iyrənc proses davam edir.

Bu dəfə söz açacağımız utanverici mövzu, həm Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən, həmdə ki, Füzuli rayon icra hakimiyyətinin şəhid anasına qarşı olunan hörmətsizlikdəndir.

Xəbəral.az-ın məlumatına görə, Füzuli rayonu Hoğa kənd sakini, şəhid anası Cəfərova Tubuş Zülfüqar qızını, 1992-ci ilədn məskunlaşdığı Sumqayıt şəhəri Müəllimlər İnstitutundan bayıra atıblar.

Nənənin oğlu Cəfərov Telman 1992- ci ildə birinci Qarabağ savaşında qəhrəmancasına şəhid olub.

Tubuş nənə şəhid anası və köçkün olmağına baxmayaraq, məskunlaşdığı Müəllimlər İnstitutunun rəhbərliyi bu yayda nənənin o binanı tərk etməyini istəyiblər.Buna səbəb isə həmin binanın təmir olunacağını göstəriblər. Nənənin övladının biri şəhid, o biri isə cavan vəfat edib.Məhz buna görə də, Tubuş nənəyə nəvəsi öz hesabına kirayə ev tutub həmin evə köçürüblər.

Şəhid anasının nəvələrinin Xəbəral.az-a verdiyi məlumata görə, sözügedən məsələ ilə bağlı dəfələrlə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən (Qaçqınkom) nədə ki,Füzuli icra hakimiyyətinə müraciət olunsa da heç bir reaksiya verilməyib. Hazırda şəhid anası öz hesablarına kirayə evə yerləşdirilib.

Bizdə Xəbəral.az olaraq şəhid anasının problemi ilə bağlı telefon zəngi ilə müraciət etsək də, hər iki, qurum məsuliyyəti bir-birlərinin üstünə atdılar.

Demək olar ki, bütün cəhdlərimiz boşa çıxdı.

Nənənin video müraciətini Xəbəral.az vasitəsi ilə sizlərə təqdim edirik.

Xatırladaq ki, 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın qaytarılması həm də ölkədə böyük bir qayıdış prosesinin başlanması ilə nəticələnəcək. Azad edilən torpaqlarımızın təmizlənməsindən və orada təhlükəsizliyin bərpa edilməsindən sonra 1 milyondan artıq məcburi köçkünün ata yurduna qayıtması prosesi gözlənilir. Həmçinin həmin təbəqənin məcburi köçkün statusunun ləğvi də gözlənilir. Artıq azad edilən ərazilərdə yenidənqurma və infrastrukturun bərpası işlərinə başlanılıb, yolların, elektrin enerjisinin bərpası istiqamətində iş aparılır.

Bəs görəsən, bütün bu məsələlərin həlli ilə yanaşı, artıq əvvəlki funksiyaları gündəmdən düşən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi nəyə və kimə lazımdır?

Sözügedən məsələni gündəmdə saxlayıb sizlərə ətraflı məlumat verəcəyik.

Qarşı tərəfin mövqe haqqını tanıyırıq

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir