Ana Səhfə

Aynişan Azərbaycan – Portuqaliya matçında -FOTO

Ötən gün Bakı Olimpiya stadionunda Azərbaycan-Portuqaliya matçı keçirilib. Yarış futbol üzrə dünya çempionatının seçmə turniri çərçivəsində reallaşıb.

Xəbəral.az BAKU.WS-ə istinadən xəbər verir ki, Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.

Yarışı stadiondan canlı izləyən Aynişan 1 milyon izləyicisi olan şəxsi instaqram hesabında yeni görüntülərini və fotolarını yayımlayıb.

Bloger görüntülərinə “Siz bizim üçün həmişə qalibsiniz” qısa şərhini də əlavə edib. Aynişanın fotolarında digər azərbaycanlı blogerlər də yer alıb.

Qeyd edək ki, ötən gün keçirilən Azərbaycan-Portuqaliya qarşılaşmasında millimiz 0:3 hesabı ilə Portuqaliyaya məğlub olub.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir