Ana Səhfə Cəmiyyət

Bu gün Famil İsayevin doğum günüdür – TƏBRİK EDİRİK!

Sharing is caring!

“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”. Ruslan müəllim haqqında fikirlərimi ümummilli lider Heydər Əliyevin bu müdrik kəlamı ilə başlayıram.

Bəzən insanlar vətəninə xidməti yalnız hərbi xidmət kimi başa düşürlər. Əslində, vətənə xidmət vətəndaşlara, xalqa xidmətdən, sağlam gələcəyimiz üçün aparılan işlərdən başlayır. Bu baxımdan vətənə xidmət edənlərin önündə müəllimlər durur. Müəllimlik peşəsi barədə müdrik kəlamlar çox deyilib. Müəllim ömrü elə bir ömürdür ki, gözlərinin nurunu, ürəyinin hərarətini təmənnasız olaraq tələbələri ilə paylaşır, onların həyat yollarında nurlu mayaka çevrilir. Məhşur pedaqoq V.A.Suxomlinski “Yaxşı müəllim nə deməkdir?” sualına belə cavab vermişdir: “Yaxşı müəllim tədris etdiyi fənnin elmini yaxşı bilir, həvəslə onun inkişaf üfüqlərini, yeni kəşfləri, tədqiqatları, nailiyyətləri izləyir”. Müəllimlər cəmiyyətin memarlarıdır desək, yəqin ki, səhv etmərik. Bu danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz xidmətləri vardır. Müəllim müqəddəsdir, bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşüb. İnsanlara bilik vermək, elm öyrətmək kimi mühüm vəzifənin öhdəsindən onlar gəlir. Bu gün də öz şəxsi əmək fəaliyyətini bu adın çırağında əks etdirən qədir–qiymətli müəllimlərimiz çoxdur. Onlardan biri dəyərli insan, gözəl müəllim Famil İsayevdir.

Sadəliyi, səmimiliyi, təmkinliyi, nəcibliyi, ciddiliyi ilə həmişə fərqlənən Famil İsayev həyatda sevimli müəllim, dərin alim, qayğıkeş valideyn, dəyərli ziyalı, etibarlı dost statusunu qazanmışdır. Nə qədər qəribə səslənsə də, belə insanlar haqqında danışmaq istəyəndə söz tapmaq çətinləşir.

Famil müəllimi tanıyandan səmimiliyi ilə diqqətimi cəlb etmişdi. Hər zaman mənim uğurlarımı izləmiş və uğurlarıma sevinmiş Famil İsayevlə sonradan daha da yaxınlaşdıq. Hədəf kurslarında Famil müəllimin rəhbər olduğu filialda təhsil almağa başladım.

Çox məmnunluqla deyə bilirəm ki, Famil İsayevin səmimi yanaşmasına və müdrikliyinə inanaraq onun gənclərə təlqin etdiyi yolda irəliləyənlər qısa müddətdə öz həyatlarının uğur hekayəsini yarada bildilər. İndi onun neçə-neçə tələbəsi, yetirməsi özü ilə çiyin-çiyinə ölkəmizin sosial-iqtisadi inkişafı və rifahı naminə yorulmadan çalışmaqdadırlar. Onun verdiyi biliklər, göstərdiyi yol sayəsində Azərbaycan iqtisad elmi neçə-neçə dəyərli mütəxəssis, peşəkar tədqiqatçı qazanıb.

Xatırladım ki, Famil İsayevin Bakıda fəaliyyət göstərməsinə baxmayaraq doğma rayonunu da unutmayıb. O hər zaman Leriki ön planda saxlayıb.
Lerik rayonunda qardaşı Tural İsayevlə birgə ərsəyə gətirdiyi Uğur kurslarında hər il bir neçə abituriyent ali məktəbə daxil olur. Təbii ki, bu da Lerik rayonunun təhsilinin inkişafının bariz nümunəsidir.
Elə bu il ucqar dağ rayonu olan Lerikdən Uğur kurslarının 17 abituriyenti ali təhsil ocaqlarına qəbul olunub. Bu da demək olar ki, 100%-lik nəticədir.

Famil İsayev bir sözlə lider ruhlu rəhbərdir. Onun həm Lerik rayonunun həm də ölkə təhsilində böyük xidmətləri var.

Bu gün Famil İsayevin doğum günüdür.
Biz də Ümid Tv Azərbaycan kollektivi olaraq Famil İsayevi doğum günü münasibətilə təbrik edir, bol-bol uğurlar arzulayırıq!

Elcan Məmiyev / Özəl yazılar silsiləsindən….

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir