Ana Səhfə

Çempionlar Liqasının yeni mövsümünə start verilib

Futbol üzrə avrokubokların 2019/20 mövsümünə start verilib.

APA-nın məlumatına görə, Çempionlar Liqasının ilkin mərhələsi yarımfinal oyunları ilə başlayıb.

Kosovonun Priştina şəhərində keçirilən hər iki görüşün taleyini bir qol həll edib. Andorra çempionu “Santa Koloma” “Tre Penne” (San-Marino) üzərində qələbə qazanıb. Xavyer Lopes mövsümün ilk qolunun müəllifi olub.

Yerli “Feronikeli” isə “Linkoln”u (Cəbəllütariq) erkən qolla məğlub edib. Qalib gələn iki komanda iyunun 28-də final matçında qüvvəsini sınayacaq. Məğlub komandalar isə Avropa Liqasının Çempionlar Liqası yolunun II təsnifat mərhələsində mübarizə aparacaqlar.

Çempionlar Liqası
İlkin mərhələ
Yarımfinal
25 iyun
“Feronikeli” (Kosovo) – “Linkoln” (Cəbəllütariq) – 1:0
Hoti, 3
“Tre Penne” (San-Marino) – “Santa Koloma” (Andorra) – 0:1
Lopes, 76

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir