Ana Səhfə

Bərdədə ilk dəfə olaraq “Bərdə – Fransa Guşəsi”nin açılışı olub

Sharing is caring!

İyunun 22-si Bərdə şəhərində “Bərdə -Fransa Guşəsi” adlı sosial biznes layihəsi çərçivəsində mərkəzin açılışı olub.

APA xəbər verir ki, açılışda dövlət qurumları və bir neçə özəl təşkilat nümayəndələri ilə yanaşı, yerli əhali də iştrak edib.

Mərasimdə çıxış edən layihə rəhbəri Aybəniz Mirzəyeva “Bərdə Fransa Guşəsi” haqqında qonaqlara məlumat verərək, sözügedən layihənin region üçün əhəmiyyətindən bəhs edib: “Bu biznesin əsas məqsədi Sosial Sahibkarlığın təməl prinsiplərini əsas götürərək, məcburi köçkün və şəhid ailələrindən olan qadınlara təmənnasız xidmət göstərməkdir”.

Layihənin koordinatorlarından biri olan Vəsilə Həsənova bildirib ki, “Fransa Guşəsi”ndə Fransız mədəniyəti, ədəbiyyatı ilə tanışlıq, rayon gəncləri arasında asudə vaxtının səmərəli təşkili, qiraət günlərinin təşkili, Fransız dilinin tədrisi və danışıq klubları, Fransız dilli mütəxəssislərin birliyinin yaradılması və onların peşəkar əmək fəaliyyətinə cəlb edilməsi kimi istiqamətlər həyata keçiriləcək.

Bərdə rayon Gənclər İdarəsinin rəis müavini Aydın Qasımov çıxışında regionda ilk olacaq Tədris Mərkəzinin əhəmiyyətini və səmərəliliyini vurğulamaqla yanaşı, gənclər
üçün yeni imkanların yarandığını qeyd edib.

Qeyd edək ki, “Bərdə Fransa Guşəsi” Tədris Mərkəzi layihəsi ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi, “Education HUB”-ın təşkilatçılığı ilə həyata keçirilən “Sosial Sahibkarlıq Laboratoriyası” proqramı çərçivəsində baş tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir