Ana Səhfə Media

Baş redaktor döyülüb

Bu gün Cəlilabad Müalicə Diaqnostika Mərkəzində insident baş verib.Belə ki,bir qrup şəxs Müalicə Mərkəzinə xəstə gətirərək ordaki həkimlərlə ciddi mübahisə ediblər və bu mübahisə sonradan əlbəyaxa davaya çevrilib.Cəlil doktor olmaqla bir cox şəxslər fiziki təziyiqlərə məruz qalaraq təhqir olunublar…

Hadisə yerində olan Yazartv.az saytının baş redaktoru Elşən Oqtayoğluna da hücum olunub.Hücum edənlər-xəstə sahibləri,əslən Şuşa şəhərindən olan bir qrup şəxslər olduğu deyilir.Baş redaktor həmin şəxslər tərəfindən ciddi bədən xəsarəti almışdır.Həmən DİN-nin 102 xidmətinə zəng olunmuşdur.Cəlilabad RPŞ-nın əməkdaşları hadisə yerinə gəlmişdir.Xuliqanlıq etmiş şəxslər saxlanılıb.

Biz XəbərAl.az saytı olaraq Elşən Oqtayoğlu ilə telefon əlaqəsi saxladıq və onun vəziyyəti ilə maraqlandıq.Xəsarət alan baş redaktor Elşən Oqtayoğlu  Cəlilabad Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (TTTYS)-na aparıldığını dedi.O,həmçinin qeyd etdi ki, əvvəlcə ona ilkin tibbi yardım göstərməkdən imtina edilib.Cəlilabad TTTS-nin şöbə müdiri Tərlan Balışovla ciddi mübahisə edib.Səbəbi isə:Tərlan doktor onun guya şöbəyə qəsdən Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Eldar Hacıyev tərəfindən öyrədilərək gətirildiyini deyib…

Nəhayət,Cəlilabad Rayon Mərkəzi Xəstaxanasını baş Həkimi Vüsal Abdullayev işə qarışanda sonra Baş redaktor xəstəxanaya yerləşdirilib.İlkin tibbi yardım olunub.Hal-hazırda vəziyyəti kafi olaraq qiymətləndirilir.Bir neçə gün xəstəxanada qalacağı bildirilir.Allah şəfa versin,Elşən bəy!

Qarşı tərəfin mövqeyini əlimizdə əsas tutaraq özünü Coşqun bəy kimi təqdim edən bir nəfər vətəndaş saytımıza zəng edərək sözügedən yazi ilə bağlı özünün etirazını bildirdi.Bəzi məqamlarla razılaşmadığını xüsusi qeyd edib etiraz etdi.Turantv.az saytı olaraq etirazı qəbul edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir