Ana Səhfə Tədbirlər

Bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 102 illiyidir

XəbərAl.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 23 mart 1997-ci il tarixli Sərəncamı ilə hər il 28 mart – Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 102 illiyi və peşə bayramı münasibətilə Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının əməkdaşlarını, veteranlarımızı səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə doğma Vətənin daimi tərəqqisi, təhlükəsizliyi və daha da qüdrətlənməsi naminə şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayırıq!

Bizdə Xəbəral.az saytı olaraq, Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 102 illiyi və peşə bayramı münasibəti ilə Dövlət Təhlükəsizlik Xidmətinin bütün əməkdaşlarını səmimi qəlbdən təbrik edib, çətin və şərəfli işlərində uğurlar arzu edirik.

Yaranmanız mübarək!

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir