Ana Səhfə Ölkə

YAP Gənclər Birliyi ilə “Loqos” arasında memorandum imzalanıb.

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi ilə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

XəbərAl.az-ın məlumatına görə Memorandumu YAP Gənclər Birliyinin sədri Seymur Orucov və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova imzalayıblar. S.Orucov bildirib ki, iki qurum arasında əməkdaşlıq qeyri-rəsmi də olsa, bir müddətdir ki, başlayıb: ”YAP Gənclər Birliyinin üzvləri artıq xeyli vaxtdır ki, orada fəaliyyətə başlayıblar, bu gün isə bu əməkdaşlıq rəsmiləşdiriləcək”. T.Məmmədova rəhbərlik etdiyi mərkəz barədə məlumat verib. Eyni zamanda, indiyədək bir çox qurumlarla uğurla əməkdaşlıq etdiklərini xatırladan mərkəzin rəhbəri memorandumun əhəmiyyətini vurğulayıb: Memorandum çərçivəsində uzunmüddətli layihələr həyata keçirməklə bağlı təkliflərimiz var, onları reallaşdıracağıq. Sonda imzalanma mərasimi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir