Ana Səhfə

Fransadan şok: Etirazçılar güllələnəcək!

Fransada təhlükəsizlik qüvvələrinin “sarı jiletlilər”ə atəş açmasına icazə verilib.

XəbərAl.az  xəbər verir ki, bunu fransalı general Bruno Leray deyib. O, sözügedən icazənin təhlükəsizlik qüvvələrinin özlərinin və başqalarının həyatını qorumaq üçün verildiyini söyləyib:

“Əgər öz həyatları, ya da qoruduqları insanların həyatları təhlükəyə girərsə, atəş aça bilərlər”.

Leray ordunun həftəsonu Parisdə “sarı jiletlilər”in növbəti aksiyasında sabitliyi qorumaq məqsədilə 5 min nəfərlik polis qüvvəsinə dəstək olacağını bildirib.

Qeyd edək ki, “sarı jiletlilər”in ötən həftə Parisdə keçirdikləri aksiya zamanı 192 nəfər saxlanılıb, 17-si polis olmaqla, 42 nəfər yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.