Ana Səhfə

“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib.

Martın 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində Nəsimi rayonu, R.Məmmədov küçəsi 23, 25 və 27 nömrəli evlərin əhatə etdiyi ümumi sahəsi 4100 kvadratmetr olan ərazidə abadlaşdırılan həyət sakinlərin istifadəsinə verilib.

XəbərAl.az bildirirki, “Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. Layihə çərçivəsində abadlaşdırılan həyətlərdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə idman qurğuları, şahmat və uşaqlar üçün oyun meydançaları, söhbətgah və oturacaqlar, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb.

 

 

 

 

Meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürməsinə, sağlamlıqlarının möhkəmləndirilməsinə, asudə vaxtlarının səmərəli keçirilməsinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma vərdişinin yaranmasına nail olmaqdır.

Sakinlərin istəkləri nəzərə alınaraq 4 ədəd yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100-dən artıq müxtəlif növ ağaclar əkilib və ərazidə yaşıllıq zolağı salınıb.

 

 

 

 

Layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir