Ana Səhfə

Nəsimi rayonunda növbəti yarmarka təşkil olundu

Mart ayının 10-da Nəsimi rayonunda S.Pişəvari küçəsi 2 A ünvanında yerləşən “AgroMall” MMC-yə məxus ərazidə növbəti Novruz yarmarkası təşkil edilib. Yarmarkada Cəlilabad, Beyləqan və Qəbələ rayonlarından olan fermerler, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz qiymətə təklif edirdilər. Məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunur.

 

 

Azərbaycan Respublikasının Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev və Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov yarmarkanın fəaliyyəti ilə tanış olmuş, satıcılarla, fermerlərlə söhbət edərək onlara yaradılan şəraitlə, satışa çıxarılan məhsulların qiymətləri ilə maraqlanıblar.

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən belə yarmarkaların təşkili ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev bildirib ki, məqsəd “Novruz” bayramı ərəfəsində əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, məhsulların çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərin, sahibkarların öz məhsullarını əlverişli şəraitdə yarmarkalarda sata bilmələridir. Ölkəmizdə aqrar sahəyə, o cümlədən fermerlərə göstərilən dövlət dəstəyi əhalinin məşğulluğunun təmin olunması, insanların sosial rifahının yaxşılaşdırılması ilə yanaşı, həm də məhsul bolluğu yaradır. Qeyd olunub ki, belə tədbirlər əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında, suni qiymət artımının qarşısının alınmasında və istehlakçıların seçim imkanlarının artırılmasında mühüm rol oynayır.

 

 

 

Yaradılmış şəraitə görə fermerler və alıcılar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Bayram yarmarkasının mart ayının 16-dan 21-dək qeyd olunan ünvanda təşkil olunacağı nəzərdə tutulmuşdur.