Ana Səhfə

“Loqos” 5 yaşını qeyd edir

Sharing is caring!

Bu günlərdə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi fəaliyyətə başlamasının 5 illiyini qeyd edir.

XəbərAl.az-ın  məlumatına görə, mərkəz 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanınıb.

Mərkəz inkişaf edərək 2015-ci ilin mart ayında paytaxtın Yasamal rayonu ərazisində uşaq və yeniyetmələrlə bərabər yetkin insanlara xidmət göstərən ikinci mərkəz işə başlayıb.

Hazırda “Loqos”un 10 filialı üç istiqamətdə, həm də yaş məhdudiyyəti olmadan psixoloji, psixopedaqoji, loqopedik sahələrdə yüksək səviyyəli kompleks iş aparır. Təşkilatın yaşı az olsa da fəaliyyət istiqamətləri çoxşahəli, coğrafiyası kifayət qədər genişdir. Bütün filiallarda icraçı direktorlar, baş uşaq psixoloqları və koordinatorlar çalışırlar.

Mərkəzin əsasında 2016-cı ilin yanvar ayında Ədliyyə Nazirliyinin rəsmi qeydiyyatından keçən Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi (QHT) ilk fəaliyyətə başlayıb.

“Loqos”da və “Psixoloji Xidmət və Tədqiqatlar “ İctimai Birliyində (PXTİB) ali təhsilli, təcrübəli peşəkar psixoloqlar, psixopedaqoq, loqoped və psixoterapevtlər komandası çalışır.

Mərkəz böyük bir ailəyə çevrilərək, özündə tanınmış peşəkar ekspertləri və gənc mütəxəssisləri birləşdirir.

“Loqos” vaxtaşırı rayonlara səfərlər edir, maarifləndirici layihələr həyata keçirir, ehtiyac olan yerlərdə mütəxəssis heyyətimiz təmənnasız psixoloji konsultasiyalar aparır, psixoloji durumun səviyyəsini araşdırırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir