Ana Səhfə

“Nəsiminin diri-diri dərisinin soyulması ağ yalandır” — AMEA-nın alimindən QƏRİBƏ AÇIQLAMA

Sharing is caring!

“Nəsiminin diri-diri dərisinin soyulması ağ yalandır. Əslində, Mixail Hers bunu deyib. Nədənsə həmkarlarınız bir az məsələni fərqli yöndə yazır, “Nəsiminin dərisi heç soyulmayıb” deyə şişirtməyə yol verirlər”.

XəbərAl.az  xəbər verir ki, bunu Teleqraf.com saytına müsahibəsində AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva deyib.

O, qeyd edib ki, Nəsiminin diri-diri dərisinin soyulması və onun həmin zaman şeir söyləməsi xalqın şairə məhəbbətindən yaranmış əfsanədir:

“İnsanın fizioloji imkanı belə məqamda şeir deməyə imkan vermir. Orta əsr qaynaqlarında yazılır ki, diri-diri dabandan dərini soymaq ənənəsi olub, soyan kimi insan huşunu itirir.

Hələbin 12 qapısı var, hətta rəvayət olunur ki, Nəsiminin dərisi soyulanda dərisini çiyninə atıb Hələbin 12 qapısından çıxır… Nəsimi ilə bağlı bu cür rəvayətlər çoxdur.

Onun edam fərrmanıbda da deyilir ki, Nəsiminin başı kəsilsin, dərisi soyulsun. Dəri də dabandan soyulur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir