Ana Səhfə

28 namizəd məktəblərə direktor təyin edilib…SİYAHI

Dövlət ümumtəhsil müəssisələrində vakant direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin növbəti yerləşdirmə nəticələri açıqlanıb.

XəbərAl.az  Təhsil Nazirliyinə istinadən xəbər verir ki, nəticələrə əsasən, 28 namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib. Yeni direktorlar martın 4-dən öz vəzifələrinin icrasına başlayacaqlar.

 

Qeyd edək ki, “Dövlət ümumtəhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na uyğun olaraq 2018-ci ilin noyabr ayında elan edilmiş müsabiqədə 228 nəfər uğur qazanıb. İlkin yerləşdirmə nəticəsində 104 namizəd fevralın 25-dən müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir