Ana Səhfə

“Mən aristokrat nəslindənəm. Kənd təfərrüatından uzağam”

Son dövrlər qısa ətəkdə orental rəqs edən Briliyyant Dadaşova onu tənqid edənlərə cavab verib.

XəbərAl.az xəbər verir ki, Xalq artisti Faktor.az-a açıqlamasında bildirib ki, tənqid edilməli mövzular çoxdur.

“Kaş ki, mən orental rəqs edə biləydim. Onda özümü ən xoşbəxt insan hesab edərdim. Çünki bu həm sağlamlığa faydalıdır, həm də böyük istedad tələb edir. Mən o istedada malik deyiləm. Amma mütləq sizin xətrinizə bir gün hazırlığa gedib, bu rəqsi öyrənəcəm. Mən aristokrat nəslindənəm. Kənd təfərrüatından (kənd təfəkkürü – red.) uzağıq.Bizdə oynamaq heç vaxt ayıb sayılmayıb. Bizdə ikiüzlülük, ev yıxmaq, əyyaşlıq, tərbiyəsizlik etmək ayıb sayılır. Rəqs etmək bizim üçün bir mədəniyyətdir. Tərbiyəmiz də, mədəniyyətimiz də yerindədi”.