Ana Səhfə Media

AMEA saytının baş redaktoru vəzifədən azad olundu

Milli Elmlər Akademiyasının veb-portalı olan science.az saytının baş redaktoru Nərgiz Qəhrəmanova vəzifəsindən azad olub.


Xəbəral.az
 xəbər verir ki, bu barədə Nərgiz Qəhrəmanova özü bildirib.

“Science.az-dakı 11 illik fəaliyyətimə öz istəyimlə son qoydum. Bu illər ərzində Azərbaycanın ən böyük elm saytının yazarı oldum, sadə jurnalist vəzifəsindən sektor müdiri vəzifəsinə kimi yüksəldim. AMEA-dan, mətbuatdan söz açılanda “Mən” yada düşdüm, science.az-ın simasına çevrildim…
Çünki mən science.az-da sadəcə jurnalist kimi çalışmadım, bu sayta, az qala bütün həyatımı sərf etdim. Saytın hər səhifəsində illərimin zəhməti, əziyyəti dayanır. Bəlkə də ona görə science.az-ın bundan sonrakı taleyinin necə olmasından asılı olmayaraq, bu sayt da, kollektiv də mənə hər zaman doğma olaraq qalacaq”.

N.Qəhrəmanova deyib ki, o, yenə də Akademiyada çalışacaq:

“Artıq fəaliyyətimi AMEA-nın Yüksək Texnologiyalar Parkında mətbuat katibi kimi davam etdirəcəm. Hər zaman yeniliyə, dəyişikliklərə can atan biri kimi, bu işimdə də uğur qazanacağıma, mənə olan etimadı doğruldacağıma inanıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir