Ana Səhfə

Samir Adıgözəlli: “Hər bir vətənsevər azərbaycanlı Fuadı sevməli, qorumalı, dəstək olmalıdır”

Sharing is caring!

“Fuada ermənilər tərəfindən edilən açıq təzyiqlərə Azərbaycanın rəsmi qurumları da sərt reaksiya verməlidir”

Rusiyada yaşayan tanınmış azərbaycanlı jurnalist Fuad Abbasov həyatının təhlükədə olduğunu açıqlayıb. Jurnalist paylaşdığı videoda bildirib ki, ermənilər ona qarşı imza kampaniyasına start verib və özünün hər an həbs olunmaq təhlükəsi ilə üzləşdiyini deyib. Qeyd edək ki, jurnalist Moskvada azərbaycanlılarla çeçenlər arasında yaranan qalmaqalda aktiv şəkildə vasitəçilik edərək, sülh təşəbbüsləri göstərib. F.Abbasov açıqlamasında bildirib ki, 2015-2016-cı illərdən başlayaraq, davamlı təhdidlər alır: “Bizim mənfur qonşularımız internet məkanından keçiblər öz kilsələrinə. Onlar əvvəl internet məkanında mənə qarşı kampaniya keçirirdilər. İndi də öz kilsələrində mənə qarşı cinayət işi başlaması üçün imzatoplama kampaniyası aparırlar. Rusiya Cinayət Məcəlləsinin 232-ci maddəsinə görə, millətlərarası münaqişə yaratmaq üzrə cinayət işi başladılıb. Məqsəd məni ya ölkədən xaric etmək, ya da həbs etdirməkdir”. Jurnalistə qarşı bu kampaniyanın məhz çeçenlərlə yaradılan provokasiyadan sonra və xüsusilə də ermənilər tərəfindən başlanması nəyi söyləməyə əsas verir? Dünya Azərbaycanlıları Konqresi icra aparatının rəhbəri Samir Adıgözəlli “Bakı –Xəbər”ə bildirdi ki, Fuada qarşı edilən təzyiqlər, aparılan qərəzli kampanıya son proseslərdə onun göstərdiyi aktivliklə bağlıdır: “Ermənilər bu dəfə gizli yox, açıq hücuma keçiblər. Çünki Fuad onların “arzularını” ürəklərində qoydu. Əvvəlcədən planlaşdırılan böyük bir provokasiyanın qarşısının alınmasında müstəsna xidmətlər göstərdi. Biz məsələni ciddi şəkildə nəzarətdə saxlayırıq. Fuada qarşı qaldırılan “pasport məlumatlarını icazəsiz yaymaq” iddiasının kökündə son günlər çeçenlər və azərbaycanlılar arasındakı münaqişədə erməni əsilli gəncin əsas rolunun olmasını göstərən videomüraciət dayanıb. Orada bu şəxsin kimliyi açıqlanıb. Təbiidir ki, Fuad bununla ermənilərin əsl xislətini bütün dünyaya çatdırmağa nail ola bilib. Fuad illərdir ki, Rusiyada diasporumuzun görə bilmədiyi və ya görmək istəmədiyi işi görür. Tək bircə qəlbində Vətən sevgisi olduğu üçün. Təmənnasız . Son hadisələrdə gördüyü işlə hər iki qardaş millətin nə qədər biznesinin dağılmasının, valideynlərin övladsız, balaların atasız qalmasının qarşısını aldı. Açıq və gizli düşmənlərimizin arzusunu gözündə qoydu. Hər bir vətənsevər azərbaycanlı Fuadı sevməli , qorumalı , dəstək olmalıdır. Millətin böyüklüyü, həmrəyliyi belə zamanda sınanır, belə işlərdə görsənir. Hesab edirəm ki, Fuada ermənilər tərəfindən edilən açıq təzyiqlərə Azərbaycanın rəsmi qurumları da sərt reaksiya verməlidir. Diasporumuzun bu cür fəallarını erməni güdazına vermək olmaz. Əminəm ki, Fuada bütün istiqamətlərdən dəstək ifadə olunacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir