Ana Səhfə

Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdü: Biz qardaşıq – VİDEO

Sharing is caring!

Rusiyanın paytaxtı Moskvada baş vermiş insidentdən sonra azərbaycanlılarla çeçenlər bir araya gəliblər.

XəbərAl.az  xəbər verir ki, hər iki tərəfin nümayəndələri bu hadisələri təxribat adlandırıb və heç kimi buna uymamağa çağırıb.

Fuad Malikoğlu Abbasov adlı şəxs görüşü sosial şəbəkədə canlı yayımlayıb. Məclisdə çıxış edən çeçenlərdən biri azərbaycanlılarla qardaş olduqlarını və həmişə dost münasibəti saxladıqlarını dilə gətirib:

“Moskvada minlərlə çeçen və azərbaycanlı dostluq edir. Onlar birlikdə işləyirlər, bir-birilərinə etibar edirlər. Azərbaycanlılarla çeçenlər yaxın qardaş kimi birləşiblər. Bütün azərbaycanlılara bildirmək istəyirəm ki, onlar narahat olmasınlar.

Biz dostuq, qardaşıq. Heç kəs bizim azərbaycanlı qardaşlarımızı təhqir edə bilməz”.

Şəxsi münasibətlərə görə azərbaycanlılarla çeçenlər arasında münaqişə yaratmağın düzgün olmadığını dilə gətirən çeçen şəxsi problemlərin fərdi şəkildə həll edilməli olduğunu qeyd edib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir