Ana Səhfə

Ayrıldığı nişanlısı Elnardan danışdı: “Şərait yaratdı ki, sevdiyi xanım pislənsin”

Sharing is caring!

Xəbər verdiyimiz kimi, müğənni Elnar Xəlilov nişanlısı Aysel Nəcəflidən ayrılıb.

XəbərAl.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edən Elnara Ayselin də cavabı gecikməyib.

“Elnar Xəlilovla yollarımızı ayırdıq. Bu ana kimi barışaq deyən insan, sevdiyini bildirən insan sırf inad üçün video paylaşıb, məni qorxudacağını düşünüb, “sevirəm” dediyi xanım haqda pis danışılmasına şərait yaradırsa, elə doğru qərar verib. Böyüklərim, yaxşı ki, bitdi. Paylaşımdan sonra zəng etmək ki, gördün nə etdin? Saytlar da götürüb paylaşdı. Bunun heç yeri yoxdur! Heç vaxt belə paylaşım etmədim, etməyəcəkdim də. Sən camaata şərait yaratdın ki, sevdiyin xanım pislənsin. İndi isə susuram. Üstümə “sevirəm”lərlə gəlmə, ömürlük bu kitabı bağladım” deyə, Aysel sosial media hesabında yazıb.

Qeyd edək ki, cütlük ötən ilin avqustunda nişanlanmışdı.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir