Ana Səhfə

Qərbin bəzi təşkilatları siyasi alverlə məşğuldur

Sharing is caring!

“Freedom House” təşkilatının hesabatı çox gülünc və mənasızdır. Ona görə də belə qurumların hesabatlarına ciddi baxmaq lazım deyil. Onların hazırladıqları sənədlərin hamısı qərəzlidir.
XəbərAl.az xəbər verir kiBunu trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
V. Rəhimzadə bildirib ki, Qərbin bəzi təşkilatları siyasi alverlə məşğuldurlar: “Onlar “peşəkar” dələduzdurlar və maxinasiya ilə məşğuldurlar. Bu cür qurumlar qeyri-hökumət təşkilatı kimi insan hüquq və azadlıqları adı altında müxtəlif dövlətlərə təzyiq göstərmək, öz tələblərini diktə etmək niyyəti güdürlər. “Freedom House” təşkilatının hesabatı təəssüf doğuran bir sənəddir. Ermənistanın irəliyə getdiyini, Azərbaycan və Türkiyənin geridə qaldığını iddia etmək “tamaşaya qoyulacaq” səviyyədə anormal fikirdir. “Freedom House” ölkələrə öz siyasi maraqları çərçivəsində yanaşır. Ona görə də belə qurumların hesabatlarına ciddi baxmaq lazım deyil. Hazırladıqları sənədlərin hamısı qərəzlidir. Bu cür təşkilatların nəinki iki, hətta on üzü var”.
Ekspert qeyd edib ki, Ermənistan cinayətkar, terrorçu dövlətdir: “Ermənilər təkcə Azərbaycanda deyil, Gürcüstan, Türkiyə, Amerika və Avropada da terror hadisələri törədiblər. “ASALA” terror təşkilatının həyata keçirdiyi sui-qəsdlər, qətllər hamıya məlumdur. Belə bir dövləti inkişaf etmiş ölkələrdən öndə göstərmək çox gülünc və məntiqsiz yanaşmadır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir