Ana Səhfə

“Doğulan uşaqlar valideynlərinin toyunda oxuyan metr yarımlıq müğənnilərə oxşayır”

Sharing is caring!

“Yəqin ki, mifologiyadan da tanışsınız ki, uşaq ana bətnində tərpənəndə o anda ana kimə baxırsa, uşaq da ona oxşayır”.
XəbərAl.az  moderator.az-a istinadən xəbər verir ki, bu sözləri yazıçı Seyran Səxavət toylarımızla bağlı adət-ənələrimizdən danışarkən deyib.
S.Səxavət açıqlamasında çox maraqlı fikir səsləndirib və bildirib ki, dedikləri tibb elmində də sübut olunub:
“Təxminən 25 il öncə bizim muğam həvəskarı olan dostumuz muğam ustadlarından ibarət məclis təşkil etmişdi. Professor Vasim Məmmədəliyev də orada idi. Yəqin ki, mifologiyadan da tanışsınız ki, uşaq ana bətnində tərpənəndə o anda ana kimə baxırsa, uşaq da ona oxşayır. Bunu mən də hardansa oxumuşam. Hər halda toyda bəy və gəlin bir-birlərinə həmişəkindən daha yaxın olurlar, çünki onların toy günüdür. Onların hissləri də belə gündə pik səviyyədə olur. Qabaq toylarımızda Xan Şuşinski, Yaqub Məmmədov, Zülfi Adıgözəlov kimi gözəlliyi olan xanəndələrimiz oxuyurdu və toydan doqquz ay sonra doğulan uşaqlar da bu kimi sənətkarlara oxşayırdı.
İndiki toylarda həm boyu, həm də oxuduğu metr yarım olan müğənnilərdir. Sonra da nadir hallarda toy edənlərin bəxti gətirirsə, uşaqları olursa, onlar da metr yarımlıq xanəndələrə, müğənnilərə oxşayırlar. Bu, tibdə də sübut olunub. Bəzən heç bu cür evliliklərin ömrü bir ay çəkmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir