Ana Səhfə

3 gündə 100-ə yaxın insan alkoqoldan ölüb

Sharing is caring!

Hindistanın Uttar-Pradeş və Uttarkxand ştatlarından son üç gündə 97 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb.

XəbərAl.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli hakimiyyətin yaydığı məlumata görə, fevralın 7-də bir neçə kəndin sakini Ballupur kəndində toplaşaraq spirtli içki qəbul edib. Növbəti gün sakinlərin səhhətlərində pisləşmə qeydə alınıb.

İlk ölüm halından sonra araşdırma başlayıb. Əməliyyat nəticəsində yerli polis qeyri-leqal yolla istehsal olunan 10 min litrdən çox alkoqollu içki aşkar edib. İki yüzdən çox insan saxlanılıb, bəzi vəzifəli şəxslər isə işdən azad ediliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir