Ana Səhfə

Rəqsanədən Xatunun barışıq jestinə cavab: “Gərək üz qoyaydın…”

Sharing is caring!

ARB TV-nin “Şou news” proqramının növbəti müsahibi müğənni Rəqsanə İsmayılova olub.

Xəbəral..az-ın məlumatına görə, sənətçi bir vaxtlar qalmaqal yaşadığı həmkarı Xatun Əliyevanın barışıq jestinə münasibət bildirib:

“Tək Xatunla deyil, heç kəslə problemim yoxdur. O vaxt Xatungil özləri məni düzgün başa düşmədilər. Özləri etdilər, mənim heç bir günahım yox idi. Aydınlaşdırmağa çalışırdım, mənə qulaq asmadılar. İncimişdim.

Hamımız müğənniyik, bizə yaraşan bir-birimizi görəndə “salam” verməkdir. Dalaşanda da elə dalaşmaq lazımdır ki, barışmağa üz qoyasan. Mənim o yaşım deyil ki, qalmaqal edəm. Yaraşmır bizə”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir