Ana Səhfə

Türk milyarder həbs edildi – 3 uşağa təcavüz edib

Sharing is caring!

Afrika ölkəsi Keniyada yaşayan türk biznesmen Osman Ərdinç Elsek saxlanılıb.

XəbərAl.az  “Posta”ya istinadən xəbər verir ki, o, 12-17 yaş aralığında olan 3 qız uşağını cinsi istismar etməkdə ittiham edilir.

Keniya polisi Elsekin Kilifi qəsəbəsindəki villasına basqın edərək onu polis bölməsinə aparıb.

Cinsi istismara məruz qalan uşaqlar isə uşaq evinə yerləşdirilib və psixoloq nəzarətində polisə ifadə veriblər.

Qeyd edək ki, 10 ildən çoxdur Keniyada yaşayan Elsekin sahibi olduğu şirkət inşaat, daxili dizayn, təhlükəsizlik, qida, turizm və yaxta icarəsi işləri ilə məğuldur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir