Ana Səhfə

Azərbaycan gəncinə “Cumhuriyyət-100″medalı təqdim olundu.

Cümhuriyyət sevinci ölkəmizin bütün varlığını özündə əks etdirir. Respublikanın hər yerində silsilə tədbirlər keçirilir və bu münasibətlə diplomlar və medallar təsis olunmuşdur. Müstəqil Azərbaycana hər kəs bacardığı işlərlə dəstək verməkdədir. Demokratik ölkəmizdə hər kəsin xidmətləri diqqətdən kənarda qalmır, vaxtı gəldikcə dəyərləndirilir. Azərbaycan gəncləri də bu yolda böyük uğurlara imza atırlar.

 

XəbərAl.az xəbər verir  ki, Kiqboks üzrə dəfələrlə dünya çempionu, Əməkdar idman ustası, Fəxri bədən tərbiyə idman ustası AZƏR ASLANOV cənab Prezdent tərəfindən ” Prezdentin Fəxri diplomu” ilə mükafatlandırılmışdır. Qeyd edək ki, Azər Aslanov hazırda Vergilər Nazirliyinin əməkdaşıdır. Azər Aslanovun xidmətləri cumhuriyyət ili münasibəti ilə də bu gün təltifə layiq görülmüşdür.. Bu gün Hüquq eksperti İsmayıl Zalov və “Dövlət və Qanun” qəzetinin baş redaktoru, Beynəlxalq Sülh Səfiri, Yasəmən Möhübbətqızı, Azər Aslanova “MİLİ ORDU -100” cümhuriyyət medalını təntənəli surətdə təqdim etmişlər. Qeyd edək ki, fevralın 7-sində Azər Aslanovun ad günüdür. YENİ YAŞINIZ və MEDALINIZ MÜBARƏK OLSUN!!!

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir