Ana Səhfə

“Biləsuvar” gömrük postunun rəisi koronavirusdan necə bəhrələnir?-Fotolar

Sharing is caring!

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində, 20 mart tarixi də daxil olmaqla bütün gömrük idarələrində gömrük rəsmiləşdirilməsi fasiləsiz olaraq həyata keçiriləcək. Koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında operativ qərargahın tətbiq etdiyi qaydalara əsasən, hazırda Gürcüstan və İran İslam Respublikasından, martın 18-dən etibarən isə həm də Rusiyadan şəxslərin və yüngül minik nəqliyyat vasitələrinin gediş-gəlişinə qadağa qoyulub. Yük nəqliyyat vasitələrinin gediş-gəlişində hər hansı məhdudiyyət yoxdur.
Koronavirusun geniş yayıldığı İrandan Azərbaycana gələn nəqliyyat vasitələri bir neçə mərhələdə dezinfeksiya edildikdən sonra sərhədə yaxın ərazidəki xüsusi terminala yönləndirilir. Terminalda yüklər Azərbaycan Respublikası qeydiyyat nişanlı nəqliyyat vasitələrinə boşaldılaraq təyinat nöqtəsinə yola salınır. Tranzit yükləri daşıyan nəqliyyat vasitələrinin isə ölkə ərazisində hərəkəti Dövlət Yol Polisinin müşayiəti altında həyata keçirilir. Digər ölkələrdən daxil olan yük nəqliyyat vasitələri isə dezinfeksiya işləri aparıldıqdan sonra təyinat nöqtələrinə yola salınır.
Hazırda Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, ticarətin asan, maneəsiz və sürətli şəkildə həyata keçirilməsi istiqamətində bütün zəruri addımlar atılır. Ancaq çox təəssüf ki, bəzi möhtəkirlər yaranmış bu fövqəladə vəziyyətdən öz şəxsi maraqlarını təmin etmək üçün bəhrələnmək fürsəti kimi istifadə edirlər.
Daxil olan məlumata görə, Biləsuvar Gömrük-Sərhəd buraxılış məntəqəsinin rəisi inhisarçılıq edir. Belə ki, məntəqədə yüklərin boşaldılması üçün 3 avtokran işləyir. Son günlərə qədər iki nəfər cəlilabadlı, biri biləsuvarlı olan yerli avtokrançılar xidmət göstərirmişlər.Gömrükdə fəalyyət gösdərən avtokranlar həmən şəxslərin şəxsi mülkiyyətinə aiddir. Yüngül yüklərin boşaldılması yük sahiblərinə 100 AZN-ə, ağır yüklərin boşaldılması isə 150 AZN-ə başa gəlirmiş. Məntəqə rəisi bu işin qazanclı olduğunu görüb həmin avtokrançıları heç bir hüquqi əsas olmadan qovub, yerinə öz adamları olan başqa avtokrançıları gətirdib. Müvafiq olaraq, yükboşaltma xidmətinin qiymətini də 150 və 200 manata qaldırıb.Çox maraqlıdır ki bu pulları gömrük işçiləri alır və avtokran işlədənlərə nə qədər pul verdikləri məlum deyil.Görəsən bu avtokranlar gömrukdə hansı əsaslə işləyirlər,onların fəaliyyəti hansı qanunla tənzimlənir?
Verilən məlumata görə eyni inhisarçı cəhd “Astara” postunda da edilib, amma yerli əhalinin dirənişi ilə qarşısı alınıb. Bu isə belə düşünməyə əsas verir ki, yükboşaltma xidəmətinin monopoliyaya alınmasına yönəlik hərəkətlər “yuxarıdan” idarə olunur. Beləliklə, həm yerli əhalinin məşğulluğuna badalaq vurulur, həm də süni surətdə artırılmış xidmət haqqı fərqi idxal olunan malların maya dəyərinə oturmaqla qiymətinin yüksəlməsinə səbəb olur. Gəlin razılaşaq ki, ölkənin və xalqın taleyinin ciddi narahatçılıq doğurduğu hazırki vəziyyətdə bu cür əməllər Vət ənə xəyanət, insanlıq əleyhinə cinayət hesab olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir