Ana Səhfə

Hafiz Hacıyev müğənniləri “yıxıb-sürüdü”

 

Son günlər Şou-biznesdə cərəyan edən sponsorların xanım müğənnillərə maşın hədiyyə etmə kimi proseslərlə bağlı Müasir Musavat partiyasının rəhbəri Hafiz Hacıyev XəbərAl.az saytına müsahibə verib. 

 

 

 

Yerli mətbuatda bəzi müğənnilərin bir sıra iş adamları və məmurlar tərəfindən maliyyəşməsi haqda və onlarla yaxın münasibətdə olmaları haqda məlumatlara tez-tez rast gəlmək olur. Bildiyiniz kimi Azərbaycanda şəhid ailələrinə dövlətin xüsusi diqqət və qayğısı var və bu diqqət və qayğının ən bariz nümunəsini Prezident İlham Əliyev göstərir. Məsələn prezidentin imzaladığı və 10 min şəhid ailəsini əhatə edən Fərmanla bu günədək 3 mindən çox şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələr verilib. Amma elə iş adamları var ki,onlar imkansız şəxslərə, şəhid ailələrinə kömək etməkdənsə “saxladıqları” müğənni sevgilililərinə bahalı evlər ,avtomobillər alırlar. Məsələn , müğənni Şəbnəm Tovuzlunun əri kimi təqdim etdiyi iş adamı Hacı  tərəfindən maliyyəşməsi və münasibəti indiyəcən gündəmdən düşmür gedir və cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Bəzi müğənnlilərə sponsorluq etməkdənsə əvəzində iş adamlarının şəhid ailələrinə,Qarabağ əlillərinə diqqət edlməsi yaxşı olmazdımı?

XəbərAl.az olaraq Bu sualla Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə mürariət etdik. Hafiz Hacıyev açıqlamasında bunları bildirdi: -Mənim müğənnilərə böyük hörmətim var.Müğənnilərimiz Azərbaycanın mədəniyyətini bir növ daxildə,xaricdə təbliğ edən insanlardır.Təbii ki,onlara da diqqət,qayğı ,hörmət lazımdır.Ancaq bəzi müğənnilərimiz var ki,onlar sərhədi keçirlər.Müəyyən kriteriyalar var ki,mentalitetimizə uyğun deyil,onarı keçirlər. Adını çəkdiyiniz Şəbnəm Tovuzlununu bilmirəm kim saxlayır,amma görünür Hacının pulu çoxdur ki saxlayır.Allah işini avand eləsin,bir az da qüvvət versin.Ancaq mən istərdim iş adamlarımız şəhid ailələrinə ,Qarabağda vuruşanlara,veteranlarımıza,imkansız şəxslərə kömək etsəydilər daha yaxşı olardı.Çünki bizim Qarabağ kimi problemimiz var.Və Qarabağda vuruşan insanların arxada qalan balalarının, pis vəziyyətdə yaşayan ailələrinin köməyə daha çox ehtiyacı var. Sağ olsun mənim qardaşım,hörmətli prezident İlham Əliyev şəhid ailələrinə bu yaxınlarda birdəfəlik yardım etdi və bundan sonra da təbii ki,edəcəkdi.Elə biznesmenlərimiz var ki,əlində 5-10 qəpik pul düşən kimi gedib xaricdə,Türkiyədə bir müğənnidən yapışır.Bizim də bəzi sırtıq müğənnilərimiz var ki,özünü işə keçirtməkdən ötrü özünə adam axtarır.Bu cür əxlaqsızlıqlara da yol vermək olmaz.Azərbaycan xalqı böyük xalqdır,milli mentalitetə böyük hörmət etmiş xalqdır.Mən dediyiniz iş adamlarına üzümü tutub demək istəyirəm ki,gəlin prezidentimizdən nümunə götürək.Əgər prezident gedib şəhid ailəsinin əlindən öpürsə biz də ondan gərək nümunə götürək.Bunun üstündən qara çəkmək olmaz. Bəzi siyasilərimiz var ki,gözləri görmür,ya eynəkləri görmür,hər şeyi qara görürlər. Görülən işlərə düzgün qiymət verməliyik. Qalan mənfi halları da işıqlandırmalıyıq ki,ölkə prezidentinə çatsın,o da tədbir görsün.Bu iş adamlarından da mənim xahişim odur ki, “saxladıqları” xanıma bir briliantı az alsınlar,onun əvəzində bir şəhid ailəsinə kömək etsinlər.Şəbnəm Tovuzlunu mən heç yaxşı tanımıram,bilmirəm kimdir heç ,amma Şəbnəm xanımın yerinə olsam,ona alınan bahalı Gelandewageni satıb 3-cə dənə şəhid ailəsinə,3-cə dənə şəhid ailəsinə,əlillərə kömək edərdim.Bunu etsə o daha çox nüfuz qazanar.Pulları çoxdur görünür,amma pullarını daha yaxşı şeylərə sərf etmək olar.Məsələn,bizim,ölkədə bu qədər problemlərimiz var.Hər şeyi də dövlətin üstünə atmaq olmaz.Bu sarıdan iş adamları da diqqətçil olsunlar. Gelandewagendə gəzməsin,balaca bir maşında gəzsinlər.Nə olacaq ki?!İddiaları böyükdürsə o demək deyil ki, Gelandewagendə gəzməlidirlər.Bizim məmurlar var ki,nəinki Azərbaycanda hansısa qadını saxlayırlar,xaricdə gedib arvad saxlayırlar,onlara milyonlar xərcləyirlər.Həmin xaricdəki arvadları da onların puluna keflə yaşayırlar.1700 manat alan məmurun bu milyonları hardandır,bu araşdırılmalıdır.Özünüz görürsünüz ki,ölkədə bununla bağlı ciddi proqramlar həyata keçirilir.Nə qədər nazirlərin burnu oyuldu getdi,nə qədər məmurlar haqda tədbirlər görüləcəkdi.Mədəniyyət işçilərinə,müğənnilərimizə hörmətim var,amma onların bəzilərinin də abır-ismətləri olsun,camaatı hərif yerinə qoymasınlar.Onlari saxlayan iş adamı Gelandewagen alanda desinlər “mənə Hyundai al qalan pulu da get ver şəhid ailəsinə”.Məsələn Tovuzda bizim çoxlu müharibə veteranları var,kasıb ailələr var ki,dolanışıqları zəifdir.İş adamları gedib belə xanımları saxlamaqdansa Azərbaycanıın torpaqlarını işğaldan azad edə biləcək insanları yetişdirə bilərlər.Yoxsa ki,hanısa xanımı saxlamaq qəhrəmanlıq deyil…Mən buna mənfi baxıram.”

 

Nəzərinizə çatdıraq ki, Sponsor və xanım müğənnilər arasında bahalı avtomobil hədiyyə məsələləri təkcə Şəbnəm Tovuzluda bitmir. Beləki, Xəzər tv də “Hər şey Daxil” verilişində qonaq olan Afət Fərmanqızı veriliş  bitər bitməz müğənni Afət Fərmanqızına Rusiyada yaşayan iş adamı tərəfindən 240 minlik avtomobil hədiyyə olunub.