Ana Səhfə

Psixoloji Xidmət və Tədqiqatlar İB-nin könüllüləri Qaradağ rayonu “Gənclər Evi”ndə olublar.

2 fevral “Gənclər Günü” münasibətilə Qaradağ rayonu “Gənclər Evi” və Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qaradağ Rayon Gənclər Evində tədbir keçirilib.

 

XəbərAl.az xəbər verir ki, Tədbirdə Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin könüllüləri və Qaradağ rayonu sakini olan abituriyentlər iştirak ediblər. Tədbiri giriş sözü ilə Qaradağ Rayon “Gənclər Evi” nin rəhbəri Pərvin Qasımov açıb.O, çıxışında dövlət gənclər siyasəti və Qaradağ Rayon Gənclər Evi haqqında iştirakçılara geniş məlumat verib. Sonra çıxış edən “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Rauf Həsənov bütün qonaqları Gənclər Günü münasibətilə təbrik edib, iştirakçılara “Loqos” PNİM və Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi haqqında ətraflı məlumat veribdir. Çıxışlardan sonra “Loqos” PNİM-in psixoloqu, Bakı Dövlət Universitetinin Sosial-psixologiya fakültəsinin müəllimi Könül Cəfərova abituriyentlər üçün “Diqqət əskikliyi və imtahan həyacanı” mövzusunda təlim keçib və təlim çox maraqla qarşılanıb. Sonda tədbir bədii hissə ilə davam etdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir