Ana Səhfə

Oksana Rəsulova doğma bibisindən İMTİNA ETDİ

Sharing is caring!

Rəqqasə Oksana Rəsulovanın “Səni axtarıram”a mülk probleminə görə üz tutan doğma bibisi, qardaşı qızının ondan imtina etdiyini deyib.

XəbərAl.az xəbər verir ki, qadının bu açıqlamasına aparıcı Xoşqədəm Hidayətqızı soyuqqanlılıqla reaksiya verib. Aparıcı Oksananın addımına “Sənin qardaşının balasına 24 ildə bir telefon zəngi etməyə də imkanın çatmayıb” deyərək, haqq qazandırıb.

 

Məşhur rəqqasənin bibisi aparıcının sözlərini cavabsız qoymayıb:

“Mən ancaq öz balalarım üçün yaşayıram. Mənə ancaq öz balalarım lazımdır. Biri ərdədir, birinin də 20 yaşı var, Ağstafada oxuyur. Öz balalarıma görə canımı da qoyaram. 

İmtina etdi məndən. İmtina etsin, canı sağ olsun. Heç mən istəmirəm də. 6 yaşından görmürəm onu. Mən özüm çətinliklə yaşamışam, heç kəsə deməmişəm. Qardaşım sağdır. Kənddə yaşayırlar. Oksana atasıgilə gəlib-gedir. Bizim əslimiz-kökümüz dəvəçilidir. Ancaq mən gəlmişəm Tovuza ərə”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir