Ana Səhfə MARAQLI

Plastik maddə öz-özünə hərəkət edir

Sharing is caring!

Alimlər, likit polimer kristal vəsaitə qırmızı işıq altında hərəkət etməyi öyrətdilər. Araşdırmaçılar, bu şəkildə hazırlanan vəsaitlərin robot işlərində istifadə edilə biləcəyini düşünürlər.

İvan Pavlovun itlərlə etdiyi məşhur təcrübə, refleksin nə olduğunu izah edən ən yaxşı işdir. Pavlov, refleks təcrübəsində itləri hər bəslədiyində zəng çalırdı. Bir müddət sonra itlər bəslənmə ilə zəng arasında əlaqəni qavradılar. Bu nöqtədən sonra yemək verilməsə belə zəng çaldığında itlər yeməyə verdikləri reaksiyanı verməyə davam etdilər.

Xeberal.az bildirir ki, Pavlovun təcrübəsinin üzərindən təxminən 100 il keçdi. Elm insanları, Pavlovun ardından artıq cansız obyektlərin refleksini öyrənirlər. Aalto və Tampere Universitetindən elm insanları, qatı bir geli işığın təsiri ilə maye hala gətirməyi bacardılar. İndi eyni araşdırmaçılar, kristal polimerə hərəkət etməyi öyrətdilər.

Aalto Universitetindən Olli İkkala bu barədə belə deyib: “Əvvəlcə maye kristal polimer işığa heç reaksiya vermədi. Ancaq əməliyyat əsnasında işığın rəhbərliyi altında obyektləri daşımağı və tutmağı öyrəndi. Bu fikir, əvvəlki işdəkiylə eyni idi. Ancaq indi refleks, konkret funksiyaları da ehtiva edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir