Ana Səhfə

“Alışanov vəzifəsindən gərək çoxdan azad olunardı”

Sharing is caring!

Tanınmış telejurnalist Qulu Məhhərmli AzTV-nin rəhbəri Arif Alışanovun vəzifəsindən azad olunmasına münasibət bildirib.

XəbərAl.az xəbər verir ki, Qulu Məhərrəmov “Qafqazinfo”ya açıqlamasında Alışanovu Azəraycan televiziya tarixinin ən uğursuz kadrlarından biri adlandırıb:

“Arif Alışanov vəzifəsindən gərək çoxdan azad olunardı. Hesab edirəm ki, bir az gecikmiş, amma çox düzgün qərardır. Alışanov Azərbaycan televiziyasını min arşınlıq quyunun dibinə saldı, onu öz fəaliyyət səviyyəsinə endirdi. Televiziyanın ənənələrini davam etdirə bilmədi. Həm də onun adı digər korrupsiya faktlarında, maliyyəni düzgün xərcləməməklə bağlı məsələlərdə hallandı. Hesab edirəm ki, Alışanov televiziya tarixində ən uğursuz kadrlardan biri idi. Prezident çox müdrik addım atıb”.

Q.Məhərrəmli “Alışanovun vəzifəsindən uzaqlaşdırılmasında adının hallandığı məhkəmələrin də təsiri ola bilərmi” sualına belə cavab verib:

“Bu qərara çox şeylərin təsiri ola bilər. Hər halda heç kim güman eləməsin ki, onun törətdiyi əməllərdən cəmiyyətin və yaxud yüksək dairələrin xəbəri yoxdur. Görünür, hər şeydən məlumatlıdırlar və onların əsasında qərar qəbul olunub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir