Ana Səhfə

Ərinə XƏYANƏT edən qadınlar artıb – Azərbaycanda boşanmaların müasir SƏBƏBLƏRİ

Bu ilin 10 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 52061 nikah və 12191 boşanma halı qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub.

 

 

XəbərAl.az AzadQadin.Az-a istinadən  xəbər verir ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova modern.az -a deyib ki, boşanmaların sayının artması  ölkədə ailə münasibətlərində ciddi böhranın olduğunun göstəricisidir:
“Hər ailənin öz problemi var. Rəsmi statistikadan başqa, qeyri-rəsmi nikahda olanlar da var. Yəni vətəndaş nikahı və  dini nikahda olub, boşananların sayını biz dədiqləşdirə bilmirik”.
Hüquq müdafiəçisi boşanmaların səbəblərinin müxtəlif olduğunu diqqətə çatdırıb:
“Ailənin təməli inam üzərində qurulmalıdır. İnsanlar bir-birlərinə inanmırlar, əslində evlənən cütlüklər arasında qarşlılıqlı inam və etibar olmalıdır. Lakin ailə quran şəxslər gələcək həyatını sığortalayacaq hüquqi addımları kifayət qədər nəzərə almırlar və bu yöndə addım atmırlar. Hazırda ailə münasibətlərinə kənar müdaxilə çoxdur. Bunlar qohumluq münasibətlərindən tutmuş, sosial şəbəkələrə qədər olan münasibətlərə dayanır. Əvvələr ailədə böyüklük ailə dəyərələrinin möhkəmlənməsinə yönəlik idisə, indi bu addımlar daha çox dağıdıcı rol oynayır”.
M.Zeynalova deyib ki, ailələrin dağılmasında xəyanətin payı çoxdur:
“Hazırda ailənin dağılmaması üçün ən çox kişilərin dözümlülük göstərdiyini müşahidə edirik. Digər bir hal isə hər iki tərəfin xəyanət etməsi və bunu normaya çevirməsidir. Belə ki, hətta bu münasibətlər də ciddi assosial hal alıb. İndi qadınlar arasında xəyanətin artması ciddi siqnaldır və bunun qarşısının alınması qarşılıqlı öhdəlik və məsuliyyətin dərk edilməsi ilə mümkün ola bilər. Yeri gəlmişkən, öhdəlik və məsuliyyət hissi ilə ailə qurulmasına şüurlu daxil olmayan tərəflər də çoxdur. Bu, sadəcə nəsil artırma missiyasına bənzəyir. Ailələr ya romantika – sevgi, ehtiras əsasında və yaxud da tərəflərin valideynlərin israrı ilə  qurulur”.
Bu xəbərləri də mütləq oxuyun:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir